Trampdan Kerç boğazındakı insidentə - Münasibət

Trampdan Kerç boğazındakı insidentə - Münasibət ABŞ prezidenti Donald Tramp Kerç boğazında Rusiya ilə Ukrayna arasında baş verənlərə münasibət bildirib.
Ağ Ev rəhbəri iki ölkə arasında yaşananların onun xoşuna gəlmədiyini deyib.
Tramp avropalı liderlərlə birlikdə Azov dənizindəki problemin həlli məsələsi üzərində işlədiyini söyləyib.
Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Rusiya və Ukrayna gəmiləri arasında insident yaşanıb. Rusiya sahil qüvvələri sərhəd sularını pozması iddiası ilə Ukrayna gəmilərinə atəş açıb.

Tehsil-press.az



Oxşar xəbərlər