ABŞ-ın müvəqqəti işlər vəkili qadın sığınacağında olub

ABŞ-ın müvəqqəti işlər vəkili qadın sığınacağında olub ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Villiyam Qill "Təmiz Dünya" ictimai birliyinin qadınlar üçün nəzərdə tutulan sığınacağına səfər edib.
Sığınacağa səfərin məqsədi ümumdünya Ailə Daxili Zorakılığa qarşı 16 Günlük Fəaliyyət kampaniyasının qeyd edilməsi olub. Səfər zamanı müvəqqəti işlər vəkili sığınacağın rəhbəri Mehriban Zeynalova əməkdaşlar və sığınacaqda məskunlaşan qadınlar və onların ailə üzvləri ilə görüşərək ailə daxili zorakılığın cəmiyyətə gətirdiyi ziyanı müzakirə edib.
Sığınacaqda olduğu zaman V.Qill məskunlaşan şəxslərə sosial işçilər, psixoloqlar və digər mütəxəssislər tərəfindən göstərilən yardımlar da daxil olmaqla həyata keçirilən fəaliyyətlər barədə məlumat alıb. V.Qill bildirib:
“Səfirlik bu və digər sığınacaqlara yardım etməyi davam edəcək və biz Azərbaycan hökumətini də bunu etməyə çağırırıq”.
ABŞ səfirliyi ictimaiyyət nümayəndələrini "Facebook", "Instagram" və "Twitter" sosial platformalarını nəzərdən keçirərək sözügedən 16 günlük kampaniyaya qatılmağa dəvət edir.

Tehsil-press.az

Oxşar xəbərlər