Mayın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gillə görüşüb.
Qonağı salamlayan K.Abdulla onu universitetdə görməkdən şad olduğunu bildirib.
K.Abdulla ADU ilə ABŞ səfirliyi arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, bu əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Azərbaycandakı multikultural mühit, müxtəlif xalqlara olan xoş münasibət haqqında danışan rektor qeyd edib ki, Azərbaycandakı multikultural hərəkat, multikulturalizmin Azərbaycan modeli amerikalı dostların da diqqətini cəlb edib: “Amerikalı dostlarımız Azərbaycan multikulturalizmi modelinin yayılmasına öz töhfələrini veriblər. ABŞ-da və başqa ölkələrdə yüksək səviyyəli tədbirlər, konfranslar təşkil edilib. Məhz amerikalı dostlarımızın köməyi ilə biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ filialını yaratdıq”.
Multikulturalizm yay və qış məktəbləri haqqında məlumat verən Kamal Abdulla amerikalı tələbələrin bu məktəbdə aktiv iştirak etdiklərini diqqətə çatdırıb.
Rektor K.Abdulla azərbaycanlı və amerikalı alimlərin iştirakı ilə Azərbaycanda və ABŞ-da multikulturalizmlə bağlı dəyirmi masanın keçirilməsini təklif edib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil yüksək qonaqpərvərliyə görə rektor K.Abdullaya öz təşəkkürünü bildirib. Vilyam Gil qeyd edib ki, ADU ilə ABŞ səfirliyi arasında olan münasibətləri çox yüksək qiymətləndirir və səfirlik əlaqələrin daha da inkişafında maraqlıdır. Müvəqqəti işlər vəkili vurğulayıb ki, multikulturalizm ABŞ-ın diqqət göstərdiyi, maraqlandığı sahədir və Azərbaycan multikulturalizmi modeli dünyada çox dəyərli nümunəyə çevrilir.
Azərbaycanlı və amerikalı alimlərin iştirakı ilə Azərbaycanda və ABŞ-da multikulturalizmlə bağlı dəyirmi masanın keçirilməsi təklifini müsbət qarşılayıb, bu istiqamətdə konkret addımlar atmağın zəruri olduğunu vurğulayıb.
Önəmli Dil Proqramı (CLS) proqramı çərçivəsində ADU ilə əməkdaşlığın xoş olduğunu deyən səfir bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib.

ADU-nun Mətbuat Xidməti