Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb

Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb Perunun Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, bu gün səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.
Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Luis Çanq Boldrini fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər