Meksikada yaşayış evinin üzərinə təyyarə düşüb, ölənlər və yaralananlar var

Meksikada yaşayış evinin üzərinə təyyarə düşüb, ölənlər və yaralananlar var Meksikanın Kulyakane (Sinaloa ştatının paytaxtı) şəhərində yüngülmotorlu təyyarə yaşayış evinin üzərinə düşüb.
Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir.

Tehsil-press.az

Oxşar xəbərlər