Bir ailənin 5 üzvünün öldüyü qəza ilə bağlı iş geri qaytarıldı

Bir ailənin 5 üzvünün öldüyü qəza ilə bağlı iş geri qaytarıldı Bakı Ağır Cinayətlər Məhkəməsində bir ailənin 5 üzvünün ölümü ilə nəticəsində təqsirləndirilən Heydər Quliyevin məhkəməsi keçirilib.
Hakim Novruz Kərimovun icraatında olan prosesdə H.Quliyevin vəkili Əli Hüseynov vəsatət verərək cinayət işinin istintaqının kobud pozuntularla aparıldığını bildirib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib, cinayət işi pozuntuların aradan qaldırılması üçün yenidən ibtidai istintaqa qaytarılıb.
Qeyd edək ki, ötən il dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə S.Hüseynov və sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər.
H.Quliyev qəzaya görə günahkar bilinsə də, həbs edilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər