Qaynata və gəlinə hökm oxundu: 27 il

Qaynata və gəlinə hökm oxundu: 27 il Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Tehsil-press.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, H.Əliyev 14 il, Y.Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Yeganə Ərəbova və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. Aparılan araşdırmalar zamanı məlum olub ki, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. Quba rayon Məhkəməsinin qərarı ilə Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, öldürülən Elman Əliyev Həsrət Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.

tehsil-press.az

Oxşar xəbərlər