“Qız söhbəti”ndə biri öldü, o biri isə 12 il iş aldı

“Qız söhbəti”ndə biri öldü, o biri isə 12 il iş aldı Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqova hökm oxunub. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Onu bıçaqlayan Gədəbəy rayon sakini Teymur Sadıqov Şəmkir rayonu ərazisində tutulub. T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər