ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə yeni namizəd müəyyənləşib.
“Bloomberg” agentliyi öz mənbələrinə istinadən prezident Donald Trampın bu vəzifəyə hazırda Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Hizer Nauerti gətirmək istədiyini yazıb.
Rəsmi təyinatın dekabrın sonunda ediləcəyi gözlənilir.
Xatırladaq ki, Tramp daha öncə Tvitterdə qızı İvanka Tramp BMT-dəki səfir vəzifəsində görmək istədiyini açıqlamışdı:
“Hər kəsin İvanka Trampın BMT səfiri olmasını istəməsi çox xoşdur. Bu vəzifədə çox yaxşı iş görəcəyindən əminəm. Lakin, sanki qohuma dəstək etirazlarını indidən eşidirəm”.
Qeyd edək ki, hazırda bu vəzifədə Nikki Heyli olsa da, o, 9 oktyabrda verdiyi açıqlamada bu ilin sonunda vəzifədən ayrılacağını elan edib.
Tehsil-press.az