Tramp internet nəhənglərinə qarşı ağlasığmaz ittiham irəli sürdü

Tramp internet nəhənglərinə qarşı ağlasığmaz ittiham irəli sürdü “Facebook”, “Twitter” və “Google” demokratların lehinə işləyir ABŞ prezidenti Donald Tramp “Facebook”, “Twitter” və “Google” şirkətlərini ona qarşı obyektiv olmadığını bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidenti öz rəsmi “Twitter” səhifəsində yazıb.
“Facebook, Twitter və Google demokratların lehinə o qədər qərəzlidir ki bu artıq gülməlidir! Yeri gəlmişkən Twitter @realDonaldTrump hesabına insanların qoşulmasına daha çox mane olmağa başlayıb. Onlar xeyli izləyicini silib və izləyicilərin artımı sürətini azaldıblar. Onlar bunu etiraf ediblər amma heç nə etməyiblər”, – deyə Tramp yazır.

Tehsil-press.az

Oxşar xəbərlər