Hesabdakı bütün paylaşımlar silinib.
"OurMine" haker qruplaşması "Google"un baş direktoru Sundar Piçayın populyar sual-cavab xidməti olan "Quora"dakı hesabını ələ keçirib. Hakerlər "Quora" üzərindən S.Piçayın "Twitter" sosial şəbəkəsindəki hesabına da müdaxilə edə biliblər. Onun səhifəsində bir neçə sual dərc edilib. Gənc iş adamının mikrobloqundakı bütün paylaşımları silinib.
"OurMine" bir müddət sonra öz əməllərinin məqsədini açıqlayıb. Qrupdan bildirilib ki, onlar yalnız hesabların təhlükəsizliyini yoxlayır və heç vaxt şifrələri dəyişmirlər. "OurMine" öz sınaqlarını digər hakerlərin şəxsi hesablarını ələ keçirərək dəyişikliklər aparması ilə əlaqələndirib.
Sundar Piçay - "Google" baş direktoru
Ayın əvvəlində isə "OurMine" adlanan qrupun hakerləri "Facebook" sosial şəbəkəsinin yaradıcısı olan Mark Zukerberqin bir neçə sosial şəbəkədə olan hesablarını sındırıblar. Bildirilib ki, M.Zukerberqin "Instagram", "Twitter", "LinkedIn" və "Pinterest" şəbəkələrindəki hesablarına hücum olub. Hakerlər qeyd edib ki, hücumun məqsədi M.Zukerberqin təhlükəsizlik sisteminin səviyyəsinin yoxlanılması olub.
Tehsil-press.az