İran Prezidenti Administrasiyasının rəhbərinin müavini Həmid Abutalebi bildirib ki, ölkəsinin ABŞ-la danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
Abutalebi bunu Twitter vasitəsilə bildirib.
Bazar ertəsi ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhani ilə heç bir şərt olmadan görüşü istisna etməyib. O, əlavə edib ki, İran da bu istəklə çıxış etməlidir, amma qarşı tərəf belə görüşə çətin ki, hazırdır.
"Kim ki, mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inanır, o, həmçinin bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörməti, döyüş hərəkətlərinin ixtisarını və nüvə sazişinə qayıdışı. Nüvə sazişinə qayıdış – dialoq üçün məcburi şərtdir", - deyə o, Twitter-də yazıb.
Tehsil-press.az