Azərbaycana qış gəldi...

Azərbaycana qış gəldi... Bu gecə saat 02:22-də Azərbaycana qış fəsli daxil olub.
Bununla da payız fəsli başa çatıb, ölkə ərazisində qış fəsli başlayıb. Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edək ki, dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsidir. Bu gündən etibarən gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.
Azərbaycana bahar fəsli martın 20-də qədəm qoyacaq. Yazın gəlişi ilə gecə və gündüz bərabərləşəcək.

Tehsil-press.az



Oxşar xəbərlər