Donald Tramp və Si Cinpin arasında telefon danışığı olub

Donald Tramp və Si Cinpin arasında telefon danışığı olub ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.
Telefon danışığı zamanı D.Tramp çinli həmkarına Çin-ABŞ münasibətlərinin çox vacib olduğunu və bütün dünyanın bu əlaqələri izlədiyini bildirib: "Çin-ABŞ münasibətləri çox vacibdir, bütün dünya bu münasibətləri izləyir. Mən çox şadam ki, iki ölkənin işçi qrupları hazırda sizinlə Argentinada əldə olunmuş konsensusun həyata keçirilməsi üzrə səylər göstərirlər. Hazırda bu dialoqda böyük tərəqqi əldə olunub".
S.Cinpin öz nöbəsində ikitərəli münasibətlərin hazırda çox vaxib mərhələdə olduğunu qeyd edərək əlavə edib ki, hər iki ölkənin nümayəndə heyəti ticarət məsələləri üzrə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üzrə fəal işləyirlər.
Gələn il Çin-ABŞ münasibətlərinin qurulmasının 40 ili tamam olduğunu bildirən S.Cinpin ABŞ-la ticarət-iqtisadi, hərbi, eləcə də narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanları sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduğunu vurğulayıb.
Bundan əlavə, tərəflər Koreya yarımadasındakı vəziyyətlə, qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
D.Tramp və S.Cinpin bir-birini yeni il münasibəti ilə təbrik ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər