Ərdoğan Trampla telefon söhbətindən danışdı

Ərdoğan Trampla telefon söhbətindən danışdı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla baş tutan telefon söhbətindən danışıb.
T.Ərdoğan ABŞ prezidenti ilə telefon danışığı zamanı Suriyadakı vəziyyət üzrə daha sıx koordinasiya haqqında razılığa gəldiklərini bildirib: "Bu gün bizim ABŞ prezidenti Donald Trampla çox məhsuldar telefon söhbətimiz oldu. Telefon danışığı zamanı müxtəlif istiqamətlər üzrə koordinasiyamızın genişlənilməsi haqqında razılığa gəldik: ikitərəfli münasibətlərdən Suriyadakı vəziyyətə kimi. Ümid edirəm ki, bu danışıqlar bizim ölkəmiz və bütün region üçün faydalı olacaq".
Bundan əlavə T.Ərdoğan telefon danışığı zamanı Vaşinqtonun son addımlarından məmnun olduğunu və Türkiyənin ABŞ hərbçilərinin Suriyadan çıxarılması prosesinə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "uzun və məhsuldar" telefon danışığının olduğunu bildirmişdi.
Qeyd edək ki, dekabrın 19-u D.Tramp Suriyada İŞİD terrorçularının məölub edildiyini və ABŞ hərbçilərinin evə qayıdacağını bildirmişdi.
Daha sonra Pentaqon rəsmisi ABŞ-ın Suriyadan öz hərbçilərinin çıxarılması prosesinə başladığını bildirmişdi: "Koalisiya İŞİD terror qruplaşmasının nəzarət etdiyi bütün əraziləri azad edib, lakin İŞİD-ə qarşı kampaniya yekunlaşmayıb. Biz kampaniyamızın növbəti fazasına keçməklə əlaqədar öz hərbçilərimizin Suriyadan çıxarılması prosesinə başlamışıq".

Tehsil-press.az



Oxşar xəbərlər