Senator Qrem: Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasını təxirə saldı

Senator Qrem: Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasını təxirə saldı ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması prosesində fasilə verilməsinə razılaşıb.
Bunu RİA-Novosti-yə respublikaçı senator Lindsi Qrem Cənub Karolina ştatında prezidentlə görüşdən sonra deyib.
Qeyd edək ki, amerikalı senator bundan əvvəl Donald Trampı qoşunları Suriyadan tam olaraq çıxarmaq fikrindən daşındıracağına ümid etdiyini bildirmişdi. Senatorun sözlərinə görə, Vaşinqtonun İŞİD terror təşkilatının Suriyaya daha qayıtmayacağına əmin olması vacibdir: "Bax buna görə bizə qoşunların bir hissəsini orada saxlamaq lazımdır".
Xatırladaq ki, dekabrın 19-da Tramp İŞİD terror qruplaşmasının üzərində qələbəni elan edib və Amerika hərbçilərinə Suriyanı tərk etməyi əmr edib. Sonra o bildirib ki, Suriyada terror qruplaşmasının qalıqlarını region ölkələri, həmçinin Türkiyə məhv etməlidir.
ABŞ qoşunlarını Suriya ərazisindən dekabrın 28-dən çıxartmağa başlayıb. Həmin gün ən azı 50 hərbçi zirehli avtomobillərdə İraqa tərəf yola düşüb.

Tehsil-press.az



Oxşar xəbərlər