“Suriyaya hücumla türkləri ruslardan ayırdıq” - Makron

“Suriyaya hücumla türkləri ruslardan ayırdıq” - Makron Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Suriyadan çıxmamağa və əvəzində onu orda uzun müddət qalmağa inandırıb.
Makron ölkə televiziyasına verdiyi müsahibəsində Suriyaya hücumla Türkiyəni Rusiyadan ayırdıqlarını deyib:
“Bu hücumla türkləri ruslardan ayırdıq. Türklər kimyəvi silahları qınadı”.
Türkiyə baş nazirinin köməkçisi və sözçüsü Bekir Bozdağ onun bu sözlərinə reaksiya verib.
O deyib ki, Türkiyənin Suriya siyasəti “hər hansı bir ölkənin yanında və ya qarşısında olma siyasəti” deyil, “haqqın və həqiqətin yanında olması siyasətidir”.

“Suriyaya hücumla türkləri ruslardan ayırdıq” - Makron

Makronun sözlərinə görə, 10 gün əvvəl prezident Tramp ABŞ-ın Suriyadan çıxacağını bildirmişdi: “Ancaq mən onu inandırdım ki, orda uzun müddət qalmaq lazımdır”.
Bu ayın əvvəlində Donald Tramp ABŞ-ın Suriyadan öz qüvvələrini çəkəcəyini bildirmişdi.
Ötən həftənin sonu ABŞ, Britaniya və Fransa Suriya hökumətini kimyəvi silahdan istifadədə ittiham edərək onun hərbi bazalarını vurub.
E. Makronun bu bəyanatının ardınca Ağ Ev ABŞ-ın Suriyadan qüvvələrini çıxarmaqla bağlı planının dəyişməyini bildirib.
ABŞ-ın Suriyanın şərqində 2 min hərbi qüvvəsi var. Onlar özünü İŞİD silahlı qruplaşmaya müqavimət göstərən Suriya Demokratik Qüvvələri və kürdlərlə müttəfiqdir.
Makron Qərb müttəfiqlərinin Suriyada "hərəkət etmək üçün tam beynəlxalq legitimliyə" sahib olduğunu söyləyib.
O deyib ki, müttəfiqlərin Dəməşq yaxınlığında yerləşən Duma şəhərində aprelin 7-də kimyəvi hücum həyata keçirilməsi və buna Suriya hökümətinin cavabdeh olması barədə aşkar sübutları olub.
Suriya bunu qətiyyətlə inkar edir.
Makron prezident Vladimir Putinə xitabən deyib ki, Suriya hökumətini hərbi dəstəkləyən Rusiya da məsuliyyət daşıyır. Fransa prezidenti əlavə edib ki, o hələ də bütün tərəflərin, o cümlədən, Rusiyanın bir araya gəlib yaranmış vəziyyətin siyasi həllinin tapmasını istəyir.
Qeyd edək ki, Makronun gələn ay Rusiyaya səfəri planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər