Filippində “Usman” tropik qasırğası səbəbindən yaranan leysan yağışlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb.
Bu barədə yerli ABS-CBN telekanalı Milli Risklərin Azalması və Fəlakətlərin İdarə Edilməsi Şurasının (NDRRMC) nümayəndəsi Edqar Posadasa istinadla məlumat yayıb.
E.Posadasın bildirdiyinə görə, V regionda 59, VIII regionda 13, digər regionlarda isə daha 3 nəfər həlak olub. Təqribən 191 min nəfəri əhatə edən təbii fəlakət nəticəsində 16 nəfər itkin düşüb.
NDRRMC tərəfindən regionlardan daxil olan məlumatların qəbulu davam etdiyinə görə, həlak olanların sayının dəqiqləşdirməyə ehtiyacı olduğu da bildirilir.

Vüqar Ağayev