BSU-da Beynəlxalq Yunan Dili Günü qeyd olunub

BSU-da Beynəlxalq Yunan Dili Günü qeyd olunub Martın 1-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Yunan Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yunanıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Çıxışlarda yunan dilin dünyanın ən qədim dillərindən olduğu vurğulanıb. Həmçinin fransız, alman, ingilis dillərində kifayət qədər yunan sözlərinin olduğu diqqətə çatdırılıb. BSU-nun yunanşünaslıq qrupunun tələbələrinin hazırlığından razılıq ifadə edilib.
Sonra yunan dili müəllimi Səidə Mehdiyeva yunan natiqlik sənəti barədə çıxış edib.
Yunanıstandan gəlmiş müəllim Mariya Delaki Yunanıstan-Azərbaycan münasibətlərindən və mədəniyyət sahəsində ölkələrimiz arasındakı əlaqələrdən danışıb.
Tədbirdə yunan dili ixtisası üzrə təhsil alan I kurs tələbələrindən Mətanət Cəfərova, Nərmin Quliyeva, II kurs tələbələrindən Vüsalə Quliyeva, Əziz Əsgərov, Əfşan Ayaz, Şükufə Abdullayeva, Aytac Həsənli, III kurs tələbələrindən Səadət Seyidova, Səbinə Qarayeva, Nuranə Qocayeva, Fərhad Hacıyev və Cavid Ağalı yunan klassiklərindən nümunələr səsləndiriblər.

BSU-nun Mətbuat Xidməti


BSU-da Beynəlxalq Yunan Dili Günü qeyd olunubBSU-da Beynəlxalq Yunan Dili Günü qeyd olunub

Oxşar xəbərlər