Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd olunur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.
Bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə jurnalistlərə müsahibəsində deyib.
A.Əlizadə qeyd edib ki, bu illər ərzində bütün elmi istiqamətlər üzrə böyük nailiyyətlərə imza atılıb, uğurlu elmi nəticələr əldə olunub. Azərbaycanda elm məktəbləri yaradılıb. AMEA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovdan başlayaraq akademiyanın digər prezidentləri də Azərbaycan elminin inkişafına dəstək veriblər. Müstəqillik dövründə Azərbaycanda, həmçinin yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər qazanılıb.
Prezident İlham Əliyevin elmin inkişaf istiqamətində müvafiq sərəncamlar imzaladığını qeyd edən A.Əlizadə bildirib ki, dövlət başçısı AMEA-nın 70 illik yığıncağındakı nitqində Azərbaycan elminin gələcək inkişafının təməlini, yollarını, istiqamətlərini müəyyən edib. Azərbaycan elminin inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Bu gün Azərbaycan elmi inkişaf yollarındadır.
Tehsil-press.az