Böyük Britaniyanın “Millers Oils Ltd” şirkətinə AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququ verilib.
AMEA Rəyasət Heyətinin Aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trəhsil-press.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Böyük Britaniyanın “Millers Oils Ltd” şirkətinin icraçı direktoru Ceyms Rian, şirkətin Biznesin inkişafı departamentinin rəhbəri Martin Qouf və şirkətin texniki işlər üzrə direktoru Martin Mann ilə görüşüb.
Görüşdə akademik Akif Əlizadə “Millers Oils Ltd” şirkətinin zavoduna səfərindən danışıb, orada yaradılan şəraitdən məmnunluğunu bildirib.
Sözügedən şirkət AMEA-nın tarixində ilk dəfə olaraq Akademiyanın rezidenti kimi fəaliyyət göstərəcək. Akademik Akif Əlizadə AMEA ilə “Millers Oils Ltd” şirkəti arasında əməkdaşlığın gələcəkdə Azərbaycanda tətbiqi araşdırmaların daha da genişlənməsinə gətirib çıxaracağına əminliyini bildirib. Akademiya rəhbəri AMEA-nın innovasiya yönümlü layihələrin həyata keçirilməsinə və rəqabət qabiliyyətli məhsulların istehsalına yönələn yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Şirkətin icraçı direktoru Ceyms Rian AMEA ilə əməkdaşlığa önəm verdiklərini və Yüksək Texnologiyalar Parkında yaradılan şəraitdən məmnun qaldıqlarını qeyd edib.
Görüşün sonunda akademik Akif Əlizadə şirkətin sahibkarlıq subyekti olaraq AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququnu təsdiq edən müvafiq sənədləri və möhürü Ceyms Riana təqdim edib, iki təşkilat arasında gələcək əməkdaşlığın çox səmərəli olacağına əminliyini bildirib.
Təhsil-press.az