Dövlət ümumtəhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.
Nəticələrə əsasən, 53 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.
Qeyd edək ki, “Dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.
Qeyd edilən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumtəhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.
Tehsil-press.az