Bu il 22 nəfər Bakı məktəblərinə direktor vəzifəsinə işə qəbul edilib

Bu il 22 nəfər Bakı məktəblərinə direktor vəzifəsinə işə qəbul edilib Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu il paytaxt məktəblərinə təyin olunan direktorların sayını açıqlayıb.
BŞTİ-dən Tehsil-press.az-a bildirilib ki, ümumtəhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 350 namizədlə müsahibələr aparılıb.

BŞTİ-nin Mətbuat Xidməti



Oxşar xəbərlər