Təhsil Nazirliyi: 228 namizəd məktəb direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb

Təhsil Nazirliyi: 228 namizəd məktəb direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb.
Müsahibənin nəticələrinə görə, 228 namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə mərhələsini uğurla başa vurmuş 730 nəfər namizədlə müsahibələr 2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər