Nazir: Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq

Nazir: Azərbaycanda minlərlə mikromüəssisə yaradılacaq 2020-ci ildə Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 15 min mikromüəssisənin yaradılması planlaşdırılır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev brifinq zamanı deyib.
Nazir qeyd edib ki, layihə Dünya Bankı ilə birgə həyata keçirilir.
S.Babayev xatırladıb ki, ötən il özünüməşğulluq proqramı 7 mindən çox şəxsi əhatə edib, bu il isə 10 min nəfəri əhatə edəcək.
Nazir həmçinin ölkədə reallaşdırılan sosial islahatlardan da danışıb. O bildirib ki, bütün bu planlar dövlət başçısının fərmanlarının inqilabi xarakterinə əsaslanaraq reallaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər