Nazir: Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq

Nazir: Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial müdafiə, sosial təminat sistemi dayanmadan genişləndirilir, inkişaf etdirilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda Novruz bayramı münasibətilə keçirilən görüş zamanı deyb.
Nazir birldirib ki, təkcə Prezident İlham Əliyev tərəfindən bu il verilən sərəncamlar, bu sahədə atılan addımlar, görülən işlər inqilabi xarakter daşıyır:
“Müxtəlif müavinətlərin, təqaüdlərin 2 dəfədən çox, əmək haqları və pensiyaların 40 faizdən çox artırılması həqiqətən də inqilabi addımlardır və birbaşa Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına yönəlib”.
S.Babayevin sözlərinə görə, sosial təminat, sosial müavinət sisteminin mütəmadi inkişafa ehtiyacı var:
“Daim təkmilləşmə işləri apararaq müxtəlif kateqoriyadan olan əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq”.

Tehsil-press.az

Oxşar xəbərlər