Zərifə Əliyeva adına liseydə “Qalibiyyət: şəhidlər və şahidlər” kitabı təqdim olunub

Zərifə Əliyeva adına liseydə “Qalibiyyət: şəhidlər və şahidlər” kitabı təqdim olunub Zərifə Əliyeva adına liseydə Aprel şəhidlərinin və şahidlərinin qəhrəmanlığından, həyat hekayələrindən bəhs edən “Qalibiyyət: şəhidlər və şahidlər” kitabının müəllifi Aida Eyvazlı Göytürk və kitabın qəhrəmanlarından biri, Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Ordusunun zabiti Həsrət Almaslı ilə məktəblilərin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Vəliyeva Aprel döyüşlərinin Azərbaycanın tarixində şanlı yer tutduğunu qeyd edib. Bildirib ki, bu döyüşlər ordumuzun gücünü dünyaya bir daha sübut etdi.
“Qalibiyyət: şahidlər və şəhidlər” kitabının müəllifi həyat hekayələrini qələmə aldığı şəhidlərin ailələrində yaddaqalan görüşlərdən danışıb.
Aprel döyüşlərinin iştirakçısı hərbçi Həsrət Almaslı Azərbaycan Ordusunun əsgərlərinin öz tarixi torpaqlarını düşmən işğalından azad etməyə hər zaman hazır olduğunu söyləyib. Qonaqlar məktəblilərin suallarını cavablandırıblar.

Zərifə Əliyeva adına liseydə “Qalibiyyət: şəhidlər və şahidlər” kitabı təqdim olunub

Tehsil-press.az

Oxşar xəbərlər