Pedaqoji Universitetdə Aprel döyüşlərinin 3 illiyi qeyd edilib

Pedaqoji Universitetdə Aprel döyüşlərinin 3 illiyi qeyd edilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü, Kəlbəcər rayonunun işğalının 26-cı ildönümü və Aprel döyüşlərinin 3 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçılar uşaq, yeniyetmə və gənclərin soyqırımı mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu ermənilərin 200 ildən çoxdur Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirməsindən danışıb. Qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu soyqırımı siyasətinin tərkib hissəsidir. Şanlı Aprel qələbəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini bir daha sübut etdi. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad ediləcək.
ADPU-nun tarix və coğrafiya fakültəsinin professoru Mais Əmrahov “Keçmişdən bu günə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə tariximizin tam və hərtərəfli öyrənilməsi, həmçinin ulu öndər Heydər Əliyevin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına verdiyi siyasi-hüquqi qiymət xüsusi vurğulanıb.
Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.

ADPU-nun Mətbuat Xidməti


Pedaqoji Universitetdə Aprel döyüşlərinin 3 illiyi qeyd edilib
Pedaqoji Universitetdə Aprel döyüşlərinin 3 illiyi qeyd edilib

Oxşar xəbərlər