Tramp qadın naziri istefaya göndərdi

Tramp qadın naziri istefaya göndərdi ABŞ Xarici Təhlükəsizlik Nazirliyinin rəhbəri Kirsten Nilsen vəzifəsindən azad edilib.
Onun səlahiyyətlərini icra etmək Kevin Makalinana həvalə olunub. Bu barədə prezident Donald Tramp bəyan edib.
“Gömrük və Sərhəd Mühafizəsinin rəhbəri Kevin Makalinanın həm də Xarici Təhlükəsizlik Nazirliyinə rəhbərlik edəcəyini elan etməyə şadam. Əminəm ki, Kevin əla işləyəcək”, - deyə Tramp bildirib.
Qeyd edək ki, K. Nilsen 2017-ci ildə nazir təyin olunmuşdu.

Tehsil-press.az

Oxşar xəbərlər