Tramp və Kim Çen In Sinqapurda görüşə bilər

Tramp və Kim Çen In Sinqapurda görüşə bilər ABŞ və Şimali Koreya liderləri arasında görüş Sinqapurda baş tuta bilər.
Bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.
«Biz müxtəlif ölkələri nəzərdən keçiririk, o cümlədən Sinqapuru. Biz həmçinin demilitarizasiya olunmuş zona barədə danışırıq», - deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Kim Çen Inla görüşün “Pxanmunjon” sərhəd məntəqəsində yerləşən demilitarizasiya olunmuş zonada keçirilməsinin əlehinə olmadığını deyib.

Tehsil-press.az

Oxşar xəbərlər