Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə, zəngin mədəni-mənəvi irsə malik bir xalqdır. Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Belə ki, Azərbaycanın dövlətçilik ənənəsi hələ eramızdan əvvəl III minilliyə təsadüf edir. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayılmış, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi. Ölkə ərazisində müxtəlif xalqların yaşamı, müxtəlif dinlərin mövcudluğuna baxmayaraq, minilliklər boyu heç bir milli, dini azlıq buradan başqa bir əraziyə köçürülməmiş, hətta öz tarixi torpaqlarından sıxışdırılan bir çox konfenssiya nümayəndələri, dini-etnik qruplar dövlətimizə sığınmış və cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilərək, ayinlərini rahat bir şəkildə yerinə yetirmək imkanı əldə etmiş, yerli əhali ilə qaynayıb-qarışmışlar. Qeyd olunanlarla yanaşı hər bir etnos milli və dini kimliyini, adət-ənənəsini, eləcə də tarix və mədəniyyət abidələrini qoruyub saxlamışdır.
Ötən müddət ərzində Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Şirvanşahlar dövləti, Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə öz əksini tapır.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Fondun rəhbəri, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif xalqların tarix-mədəniyyət abidələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından onların bərpası, eləcə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu sahədə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin multikultural modelinin dünyada tanınması baxımından mühüm rol oynayır.
Hazırda ölkəmizdə digər azlıq təşkil edən dinlərin nümayəndələrinə, onların adət-ənənələrinə qarşı dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu diqqətin əsas göstəricilərindən biri kimi dini bayramlarda, müxtəlif tədbirlərdə islam dininin nümayəndələri ilə birgə ölkəmizdə yaşayan Rus Provaslav Kilsəsinin, Dağ yəhudiləri dini icmasının, Katolik icmasının və Avropa yəhudiləri dini icmasının rəhbərlərinin iştirakını qeyd etmək olar.
Bu gün humanitar problemlərin həlli dünya miqyasında mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif regionlarında baş verən siyasi, ictimai kataklizmlər, üstəgəl ekoloji dəyişikliklərin yaratdığı fəlakətlər nəticəsində insanlar çox böyük faciə və məhrumiyyətlərlə qarşılaşırlar. Bundan başqa diqqət etdikdə bu kataklizmlərin əsasında milli-dini anlaşılmazlıqların da böyük rol oynadığını aydın görmək olar. Azərbaycan isə bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan ölkələrindəndir. Ölkəmizdə sağlam tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin düşünülmüş siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv çalarlarla zənginləşir. Dövlət başçısı Azərbaycanda multikulturalizmə münasibət barədə deyib: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir”. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu siyasət digər sferalarda olduğu kimi ölkəmizin davamlı inkişafına da öz töhfəsini verir.
NURLAN ŞAKİR OĞLU VERDİYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakultəsinin II kurs magistrantı