Noyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.
Tehsil-press.az xəbər verir ki, tədbirdə BSU-nun rektoru Nurlana Əliyeva Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açıb, müxtəlif ölkələrin cəmiyyətləri arasında mövcud tolerant münasibətlərin, habelə multikultural dəyərlərin inkişafının əhəmiyyətini qeyd edib. Bildirilib ki, tolerantlıq və multikulturalizm Azərbaycanı dünyada tanıdan əsas dəyərlərdəndir. Son illər ölkəmizdə multikulturalizmə həsr olunan mötəbər beynəlxalq tədbirlər keçirilir. Bu da multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunun bariz nümunəsidir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində məscidlər, kilsələr və sinaqoqlar tikilir və bərpa edilir.
Rektor diqqətə çatdırıb ki, qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanda müxtəlif mədəniyyətlərə dövlət tərəfindən göstərilən qayğı digər dövlətlərə əsl nümunədir. Dünyada sülh və sabitlik qitəsi kimi tanınan Avropa son illər artıq multikulturalizmdən imtina edir. Avropanın üzləşdiyi qaçqın problemi zamanı bu qitədə tolerantlığın şahidi olmadıq.
Tədbirdə “Azərbaycanda tolerantlıq və onun tarixi ənənəsi” mövzusunda məruzə ilə çıxış edən BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova tolerantlığın bəşəriyyətin ən ali və müasir cəmiyyətin əhəmiyyətli dəyərlərindən biri olduğunu deyib. Diqqətə çatdırılıb ki, dinlərin və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dini dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Qeyd edilib ki, Azərbaycanda tolerantlığın və multikultural dəyərlərin möhkəmlənməsində BSU-nun da xüsusi rolu var. Bu ali təhsil ocağında fəaliyyət göstərən Yunanıstan, Polşa, Ukrayna, Türkiyə, Rusiya, Belarus, Çexiya tədris mərkəzləri bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan multikulturalizmi kafedrası da məhz bu universitetdədir. Bu gün Azərbaycan multikulturalizmi fənni ölkədaxili 28, respublikamızdan kənarda isə 20 universitetdə tədris olunur.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Mədəniyyətlər və sivilizasiyalararası dialoqlar, tolerantlıq və multikultural dəyərlər müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.
Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.
Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və başqaları çıxış edərək tolerantlığın və multikulturalizmin Azərbaycanda həyat tərzi və dövlət siyasəti olduğunu deyiblər. Vurğulanıb ki, min illər boyu xalqımız tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxmış və Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərdən birinə çevrilmiş tolerantlıq və multikulturalizm dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və yüksək dəyərləndirilir.
Tədbir konsert proqramı ilə davam etdirilib.

BSU-nun Mətbuat Xidməti