Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirib.
Tədbirdə institutun müəllim-tələbə heyəti, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov və digər qonaqlar iştirak ediblər.
Rektor Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib. C.Məmmədov Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanına çevrilmiş ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük hadisə olduğunu qeyd edib. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva bu sahəyə xüsusi diqqət göstərir.
Milli Məclisin deputatı Elman Nəsirov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub-saxlanılmasında misilsiz xidmətlərindən bəhs edərək, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söz açıb. O bildirib ki, Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Məruzəçi ulu öndər Heydər Əliyevin formalaşdırdığı və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, ölkəmizin milli maraqları və beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla, qonşu dövlətlər və dünya birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, respublikamızın enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya blokadasının aradan götürülməsi və işğalçıya qarşı beynəlxalq təzyiqin güclənməsi kimi məsələləri özündə ehtiva edən xarici siyasət strategiyası haqqında məlumat verib.
Tədbirin sonunda tələbələr ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Aİİ-nin Mətbuat Xidməti