Mehriban Həsənovanın doğum şəhadətnaməsi təqdim olundu

Mehriban Həsənovanın doğum şəhadətnaməsi təqdim olundu Aprelin 10-da Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək uşağın doğum haqqında şəhadətnaməsini alıblar.
Mərasimdə valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.
Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.

Mehriban Həsənovanın doğum şəhadətnaməsi təqdim olunduMehriban Həsənovanın doğum şəhadətnaməsi təqdim olundu

Tehsil-press.az

Oxşar xəbərlər