Sudanda fövqəladə vəziyyət elan olundu

Sudanda fövqəladə vəziyyət elan olundu Bu gün Sudanda prezident Ömər əl-Bəşirin istefası və həbsi ilə nəticələnən hərbi çevrilişdən sonra ordu ölkədə hakimiyyəti 2 il müddətinə nəzarətə götürüb.
Bu barədə müdafiə naziri Əvad bin Auf televiziya vasitəsilə xalqa müraciətində bildirib.
Nazirin sözlərinə görə, keçid dövrünün sonunda ölkədə seçkilər keçiriləcək.
O, həmçinin bildirib ki, Sudanda 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.
Bundan başqa, Sudanın hava sahəsi 24 saat ərzində bağlı olacaq. Eyni zamanda, ölkədə 1 ay müddətinə komendant saat rejimi (saat 22:00-dan 04:00-a qədər) tətbiq edilib.

Tehsil-press.az



Oxşar xəbərlər