BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinə başlanılır

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsinə başlanılır Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Azərbaycan dili - Açıq dərslər” layihəsinə başlanılır.

Layihə çərçivəsində açıq dərslərin silsilə şəkildə təşkili, iştirakçıların Azərbaycan dilinin leksik, qrammatik və üslubi xüsusiyyətləri barədə nəzəri biliklərinin dərinləşdirilməsi, real ünsiyyət və müxtəlif praktik tapşırıqlar vasitəsilə möhkəmləndirilməsi nəzərdə tutulur. Proqram dil bacarıqlarının inkişafına xidmət etməklə yanaşı, ana dilinə marağın artırılmasına, dil mədəniyyətinin formalaşdırılmasına və Azərbaycan dilinin cəmiyyətin müxtəlif sahələrində düzgün və səmərəli istifadəsinin təşviqinə yönəlib.

Tehsil-press.az

Oxşar xəbərlər