Sudanın devrilmiş prezidenti həbsxanaya köçürülüb

Sudanın devrilmiş prezidenti həbsxanaya köçürülüb Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb.
Keçmiş prezident Kober həbsxanasına aparılıb. Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi. Bundan əlavə, o, ölkədə 2005-ci ilin konstitusiyasının artıq qüvvədən düşdüyünü və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edildiyini qeyd etmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər