Proqramlaşdırma yüksək düşüncə tipini formalaşdırır

Proqramlaşdırma yüksək düşüncə tipini formalaşdırır Amerikalı valideynlər proqramlaşdırmanı dəstəkləyir
Amerika tədqiqatçılarına görə, ABŞ-da valideynlərin 90%-i uşaqlarının məktəbdə proqramlaşdırmanı öyrənməsini istəyir, çünki bu, gələcəkdə onların iş tapması üçün həlledici əhəmiyyətə malik olacaq. Bu haqda ABŞ-ın Pepperdin Universitetinin Ali təhsil və psixologiya məktəbinin professoru doktor Dastin Rey bildirib. Onun sözlərinə görə, hazırda ölkə məktəblərinin yalnız 40 faizi uşaqlara proqramlaşdırmanı öyrədir. "Bu bacarıq təkcə ona görə lazım deyil ki, gələcəkdə hər kəs üçün karyerada əsas olacaq, məhz ona görə ki, 21-ci əsrdə proqramlaşdırma praktik olaraq bütün peşələrə təsir edəcək", - deyə professor yazır. D.Rey həmçinin iddia edir ki, proqramlaşdırma təlimi çox yüksək çətinlikli düşüncə tipini inkişaf etdirir, hansı ki, uşaqlardan yalnız öyrənilmiş informasiyanın təkrar olunmasını deyil, məhz materialın daha dərindən dərk edilməsini tələb edir. "Bu, məhz o tip düşüncədir ki, biz uşaqlarımıza kreativliyin, kritik və abstrakt düşüncənin düzgün ifadəsi üçün təlqin etmək istəyirik",-deyə professor əlavə edir.
Hazırda dünyada tədris proqramları çərçivəsində proqramlaşdırmanın öyrənilməsi prosesinə məktəblilərin cəlb edilməsi dövlətlərdən və onların müasir nəslin perspektivlərinə IT-sənayenin və innovasiya texnologiyalarının təsirini necə anlamalarından asılı olaraq 1- 40 faiz arasında dəyişir. Ehtiyac tələbatla şərtlənir, buna görə də öz tədris planlarını proqramlaşdırmanın öyrənilməsi əsasında yenidən quran ölkələrin sayı durmadan artır. Bununla belə, bu təşəbbüslər dövlətlər səviyyəsində dəstəklənir, bundan əlavə, əmək bazarının gələcək mütəxəssislərlə bağlı yeni oriyentir və tələbatı ilə yanaşı, məktəblərdə proqramlaşdırmanın öyrənilməsini arzulayan valideynlər və şagirdlər də var. Müasir təhsil sistemi isə onların maraqlarını əks etdirməlidir.
Qeyd etməyə dəyər ki, bu gün məktəblərdə erkən proqramlaşdırma ABŞ-dan başqa, artıq Çin, Kanada, Sinqapur, Avstraliya, İsrail, Hindistan, Cənubi Koreya, həmçinin Avropa Birliyi ölkələrində tətbiq olunur.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər