BMT növbəti məruzəsini yayıb
Dünya üzrə məktəbə gedə bilməyən qaçqın uşaqların sayı il ərzində 500 min artaraq 4 milyon nəfərə çatıb. Bu barədə avqustun 29-da BMT-nin qaçqınların işləri üzrə Ali komissarı idarəsinin (UNHCR) Cenevrədə açıqlanmış məruzəsində bildirilir. Qeyd olunur ki, hazırda bu idarənin himayəsi altında olan dünya üzrə 19,9 milyon qaçqından 7,4 milyonu məktəbyaşlı uşaqdır.
"Təhsil uşaqlara yaralarını sağaltmağa kömək etmək üsuludur və həmçinin onların ölkələrinin bərpasının açarıdır, - deyə UNHCR-in rəhbəri Filippo Qrandi məruzə ilə bağlı bildirib. Onun sözlərinə görə, təhsilsiz bu uşaqların və onların icmalarının gələcəyi həmişəlik itiriləcək. O xatırladıb ki, məktəblər qaçqınların uşaqlarının normal həyata qoşula biləcəkləri yeganə yerdir. F. Qrandinin fikrincə, qaçqınların uşaqlarının təhsilinə "təcili investisiyalar" lazımdır, əks halda yüz minlərlə qaçqın uşağı "narahatlığa səbəb olan statistikanı dolduracaq". İdarənin məlumatına görə, qaçqın uşaqlarının 61 faizi ibtidai, 23 faizi orta məktəbə gedir ki, onların da yalnız bir faizinin ali təhsil almaq imkanı var.

Oruc MUSTAFAYEV