“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası böyük uğurla keçib

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası böyük uğurla keçib Azərbaycan Dillər Universitetinin və Yeni Azərbaycan partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II Beynəlxalq elmi konfransı keçirilib. Bu konfrans artıq ikinci ildir ki, baş tutur. Ötən il konfransın plenar iclası Azərbaycan Dillər Universitetində, bölmələr üzrə iclasları isə 12 ölkənin 14 universitetində olub. Bu il bölmələr üzrə iclasların Azərbaycanın köçkün məktəblərində keçirilməsi təşəbbüsü ADU-nun rektoru, akademik Kamal Abdullaya məxsusdur.
Mayın 7-də “Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II Beynəlxalq elmi konfransın “Heydər Əliyev və müasir Azərbaycan” adı altında bölmə iclası N. Aslanov adına Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilib.
Cəbrayıl rayonu icra hakimiyyəti başçısının birinci müavini və Yeni Azərbaycan Partiyasının sədri Arif Fərzəliyev qonaqları və konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən danışıb.
Arif Fərzəliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü böyük işlərdən danışıb.
Daha sonra ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Tamam Cəfərova çıxış edib. O, konfransın ümumi özəlliklərindən, Azərbaycanda multikultural dəyərlərin önəmindən və ulu öndər Heydər Əliyevin bu yönümdə olan töhfələrindən bəhs edib.
ADU SABAH mərkəzinin rəhbəri Aynur Budaqova konfransa təqdim etdiyi “Multikultural cəmiyyətdə tələbənin görmək istədiyi müəllim” adlı tezisini şagirdlərlə interaktiv şəkildə müzakirə edib.
ADU-nun ingilis dilinin leksikologiya və üslubiyyatı kafedrasının müdiri Amil Cəfərov, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və məktəbin müəllimi Orxan Əlibəyov öz tezislərini konfrans iştirakçılarına təqdim ediblər.
Cocuq Mərcanlı kənd icmasının sədri, əmək qəhrəmanı Oqtay Həziyevin “əməyə dəyər” çağırışı ilə maarifləndirici çıxışı diqqəti cəlb edib.
Sonra ADU-nun prorektoru Tamam Cəfərova konfrans iştirakçılarını təltif edib.
“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölgələr üzrə bölmə iclası başa çatdıqdan sonra ADU müəllim heyəti Cəbrayıl rayonu icra hakimiyyətinin başçısı Kamal Həsənovla və bir neçə rəsmi şəxslərlə görüşüb.
Görüşdə düşmən işğalı altında olan torpaqlarımız, Milli Qəhrəmanlarımız və Aprel döyüşlərindən bəhs olunub.

ADU-nun Mətbuat Xidməti


“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası böyük uğurla keçib

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” konfransının bölmə iclası böyük uğurla keçib

Oxşar xəbərlər