Aprelin 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ADU, Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə baş tutacaq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransla bağlı jurnalistlərlə görüşüb.
ADU-nun rektoru akademik Kamal Abdulla kütləvi informasiya vasitələrinin nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor K.Abdulla 9 aprel-5 may 2018-ci il tarixlərini əhatə edəcək konfransın təşkilində iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə (BBMM) minnətdarlıq edib. K.Abdulla konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə Azərbaycan Respublikasının Azərbaycan Dillər Universiteti ilə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında keçiriləcəyini diqqətə çatdırıb. O, bildirib ki, bölmələr Türkiyənin Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişafı” və Ərzurum Universitetində “Heydər Əliyev və türk dünyası”, Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti Universitetində “ADR - Şərqdə ilk demokratik respublikadır”, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, Moskva Dövlət Linqvistika Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında “Multikulturalizm və Rusiya azərbaycanşünaslığı”, Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”, Serbiya Respublikası Belqrad Universitetində “Multikulturalizmin Azərbaycan təcrübəsi”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin iştirakı ilə) “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çin Xalq Respublikasının Xucjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi”, İtaliya Respublikasının Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nim Universiteti (Fransa), Beynəlxalq Menecment Universitetinin (Moldova) iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Almaniya Federativ Respublikasının Ausburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzularında keçiriləcək.
ADU-nun tarixində bu kimi mötəbər tədbirin keçirilməsinin ilk olduğunu deyən K.Abdulla bu konfransın Ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliği funksiyası daşıdığını bildirib. Rektor K.Abdulla bu tədbirin, həmçinin universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Çıxışında “Azərbaycan multikulturalizmi” fənninin xaricdə tədrisi məsələsinə toxunan K.Abdulla ADU-nun Azərbaycan dili, mədəniyyəti və multikulturalizminin dünyaya tanıdılması istiqamətində mühüm addımlar atdığnı və əməkdaşlıq etdiyi bir sıra xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılmasına nail olduğunu deyib.
Daha sonra KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi 9 aprel 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Dillər Unviersitetinin əsas tədris binasında keçiriləcək.

ADU-nun Mətbuat Xidməti