Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işinə başlayıb. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC - Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf" mövzusunda konfransın bölmə iclasları keçirilib.
Aprelin 16-da Rusiyanın A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq konfransın "Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi" mövzusunda bölmə iclası keçirilib. Dövlət Rus Dili İnstitutunun Elmi işlər üzrə prorektoru professor M.A.Osadçıy tədbiri giriş sözü ilə açaraq institutun rektoru professor M.N.Rusetskayanın adından Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevə təşəkkür edib. O, bildirib ki, Kamal Abdulla Azərbaycan və Rusiya universitetləri arasında əlaqələrin bərpası istiqamətində çox böyük işlər görür.
Daha sonra Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.
Bölmə iclasında Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirliyin müşaviri V.R.İmaməliyev səfir Polad Bülbüloğlunun konfrans iştirakçılarına təbrikini və təşəkkürünü çatdırıb, Ulu Öndərin Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafı üçün atdığı addımlardan danışıb.
Tədbirdə çıxış edən A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunun tədris-tərbiyə işləri üzrə prorektoru dosent E.V.Koltakova, Rossotrudnichestvo Təhsil və Elm sahəsində Əməkdaşlıq İdarəsinin Rus dilinin İnkişafı və Dəstəklənməsi Şöbəsinin müdiri N.B.Tsirendashıyeva Heydər Əliyevin müdrik siyasətindən, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıblar.
Azərbaycan Dillər Universitetin Rusiyaşünaslıq ETL-nin müdiri professor Məmməd Əliyev "Heydər Əliyev və müasir Azərbaycanda dini tolerantlıq" adlı məruzə ilə çıxış edib. Professor Azərbaycan-Rusiya dövlətlərarası əlaqələrdə universitetlərarası əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. O, bildirib ki, ötən 25 il ərzində Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib, hazırda Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında möhkəm dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrarası münasibətlərin inkişafına müsbət təsir göstərir.
ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri professor Gülnar Hüseynzadə "XXI əsrdə multikulturalizm" mövzusunda məruzə ilə çıxış edib. Professor qeyd edib ki, Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət, bir-birinə qaynayıb-qarışan milyonlarla insanın taleləri bağlayır və Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən indiyə kimi bu qiymətli irsi qoruyub saxlamağa, artırmağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olunub.
ADU-nun "Multikulturalizm" ETL-in müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru İrina Kunina "Azərbaycanın daxili və xarici siyasətində multikulturalizm və tolerantlıq prinsipləri" mövzusunda məruzə ilə çıxış edərək Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edib. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib.
Bölmə iclasında A.S. Puşkin adına Dövlət Rus dili İnstitutunun nümayəndələri də daxil olmaqla on məruzəçi iştirak edib.
Konfransın işi Rusiya Federasiyasındakı Moskva Dövlət Linqvistika Universitetində "Çoxtərəfli dünyada dillər və mədəniyyətlərin dialoqu həmrəylik amili kimi ", Moskva şəhər Pedaqoji Universitetinin Samara filialında isə "Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq" mövzusunda davam etdirilir.

ADU-nun Mətbuat Xidməti