2017-ci ilin yekunlarına əsasən İtaliyada ailələrin ümumi rifah səviyyəsi alman ailələrindən xeyli yüksək olub.
Bu barədə ölkənin Mərkəzi Bankı və İSTAT statistika agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2017-ci ilin yekunlarına əsasən italyan ailələrinin xüsusi mülkiyyəti 9,743 trilyon avro təşkil edib. Bu da ailələrin ümumi nağd gəlirlərindən səkkiz dəfə artıq olub.
Hesabatda italyan ailələrinin ümumi borclarının 926 milyard avro təşkil etdiyi qeyd edilib. Digər ölkələrə nisbətdə bu məbləğ italyan ailələrinin gəlirləri ilə müqayisədə azdır.

Asiman Əsədov