İtaliyada təhsil vizasına müraciət etmək üçün lazım olan sənədlər siyahısında dəyişiklik edilib. Bu barədə Tehsil-press.az-a İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, vizaya müraciət edən tələbə İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir. Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya Yapikredi Azərbaycan bankında cari hesabı üzrə arayış təqdim etməlidir. Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir.
Səfirlik bildirir ki, maliyyə vəsaitindən əlavə tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığı, eləcə də ümumi şəxsi və ailəvi vəziyyəti diqqətə alınacaq.
Tehsil-press.az