Azərbaycan yenicə müstəqillik qazananda və ordusu qurulanda yeni təyin olunmuş müdafiə naziri, görkəmli hərbi xadim, general Valeh Bərşadlıya qarşı küçə hərəkatının lider və fəalları tərəfindən törədilən təxribatlar orta və yaşlı nəslin yaxşı yadındadır. Qocaman general dəfələrlə mənəvi və fiziki təzyiqlərə məruz qalmışdı, iş otağına buraxılmırdı, istefaya getməyə məcbur edilmişdi. İkihakimiyətlilik dövrünün müxalifəti ordu yaratmaq tələbi ilə əslində ordu quruculuğunu iflic vəziyyətə salmış, “Qa-ra-bağ!” şüarı ilə hakimiyəti ələ keçirmək məqsədilə müxtəlif “müdafiə komitələri” adı altında paralel silahlı srtukturlar yaratmışdı.
1992-ci ilin martında müxalifət şinelindən çıxmış R.Qazıyev müdafiə naziri təyin olunandan sonra təzyiqlər, təbii ki, səngidi, lakin yalnız bir müddətlik. Bu zaman ermənilər Azərbaycandakı siyasi hərc-mərclikdən istifadə edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində qətliamlar törətmiş, etnik təmizləmələri və işğalı başa çatdırmış, Laçını ələ keçirməklə Dağlıq Qarabağı Ermənistana quru ilə birləşdirmişlər. Növbəti ildə R.Qazıyev də artıq hakimiyətdə olan məsləkdaşlarının siyasi oyunbazlıqlarının qurbanı oldu. Bu çirkin oyunlar və intriqalar Qarabağda gedən hərbi əməliyyatlara birbaşa mənfi, dağıdıcı təsirini göstərmişdi. 1992-ci ilin yay-payız hücumunda Qarabağın yarısını azad etmiş ordumuz 1993-cü ilin fevralında Bakının bir sıra təxribatları nəticəsində dağılmağa başladı və il boyu gerilədi, ətraf rayonlar işğal olundu. Bu zaman ərzində Ermənistanda bir müdafiə naziri və bir qərargah rəisi olmuşdusa, Azərbaycanda 1991-ci ilin dekabrından 1993-cü ilin payızına qədər, 1.5 il ərzində 5 müdafiə naziri və iki icra edən və 5 qərargah rəisləri dəyişmişdi. Dağıdıcı qüvvələrin nail olduqları nəticə 30 ildir göz qabağındadır.
Bu gün həmin zehniyat, həmin məqsədlərlə, lakin daha müasir vasitələrlə eyni işi görməyə çalışır. Radikal müxalifət iqtidara qarşı mübarizəsində orduya və şəxsən müdafiə naziri general-polkovnik Zakir Həsənova qarşı qaralama kampaniyalarından istifadə edir. Sanki son 6 ildə orduya çağırışda, hərbçilərin xidmət-məişət, sanitar-gigiyenik şəraitində, hərbi qulluqçuların arasında münasibətlərin nizam-intizam çərçivəsində tənzimlənməsində, mənəvi-psixoloji durumda, əsgərlərin qida, geyim və s. təminatında və tibb xidmətində, bölmələrin döyüş hazırlığının və peşəkarlığının artmasında, yenidən silahlanmada və s. inkişafı, ordumuzun 2016 il aprel, 2018 il Naxçıvan və b. uğurları olmayıb. Sanki bu qədər çoxşaxəli və miqyaslı işlər Ali Baş Komandanın və müdafiə nazirinin iradəsindən kənar, öz-özünə olub. Əlbəttə, çatışmazlıqlar həmişə olacaq, çünki ordu canlı orqanizmdir. Önəmlisi çatışmazlıqların olması deyil, çatışmazlıqların qaldırılması və ordunun inkişafı istiqamətində müdafiə naziri Z.Həsənovun əzmkarlığı və aparılan sistematik işlərdir.
Lakin ordu rəhbərliyini gözdən salmaqla, xalqın orduya etimadını sarsıtmaq, xalq-ordu birliyini zəiflətmək məqsədilə aparılan təbliğat, konstruktiv tənqiddən və səmimi ürək yandırmaqdan fərqlidir.
Müşahidələr göstərir ki, son zamanlar Azərbaycana xaricdən təzyiqlər və ermənilərin informasiya təxribatları həmişə ordumuza qarşı daxildən qaralama kampaniyaları ilə sinxron başlayır, aparılır və hədəf və məzmununa görə eyni mərkəzdən idarə olunur. Ermənilər Z.Həsənov haqqında iftira-böhtan xarakterli videoçarxlar buraxdıqca, onlara az.dilli sosial şəbəkələrdə züy tutan anonim səhifələr xalq və cəmiyət arasında səmimi hörmət və sevgi qazanmış müdafiə nazirinin şəxsinə və gördüyü işlərə kölgə salmağa çalışırlar.
Azərbaycan xalqı yaxın keçmişindən ağır dərslər və ibrətlər götürüb. Xaricə sığınmış, mənşəyi bəlli olmayan qrantlarla dolanan və Qərb hökümətləri qarşısında sığınma “gərəkçələrini” doğrultmağa çalışan, ordunu gözdən salmağa cəhd edən dönüklər bu gün xalqımızı çaşdıra, yolundan azdıra bilməzlər.
Sosial şəbəkələrdə fəaliyət göstərən bütün vətənpərvər blogerləri, jurnalistləri və şəbəkə istifadəçilərini ordumuza və ordu rəhbəri Z.Həsənova qarşı artan düşmən informasiya təxribatlarının qarşısını qətiyyətlə və tutarlı dəlillərlə almağa çağırıram!

Nazim Bayram