Dünyanın ən varlı insanı özünə hava limanı tikdirir

Dünyanın ən varlı insanı özünə hava limanı tikdirir “Amazon”un sahibi Ceff Bezos öz şəxsi hava limanını inşa edir.
Milyarder şirkətinin onlayn ticarətini asanlaşdırmaq üçün tikməyə qərar verdiyi aeroport üçün 1,5 milyar dollar sərmayə qoyub. ABŞ-ın Kentukki ştatının Cincinati şəhərində tikilən hava limanı hazır olduqdan sonra 2 min nəfər işlə təmin olunacaq.
Simvolik olaraq ekskavatorun sükanı arxasına keçən Bezos təməlqoyma mərasimində iştirak edib. O, fotolarını sosial şəbəkədə paylaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər