60 yaşlı kişini yuxuda öldürdülər - Bütün ailə evdə olub

60 yaşlı kişini yuxuda öldürdülər - Bütün ailə evdə olub Bakıda 60 yaşlı kişinin yatarkən öldürülməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Mayın 24-ü Binəqədi rayonunda yaşayan 1959-cu il təvəllüdlü Şamil Xələfov bıçaqlanaraq öldürülüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq ilkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirildiyini görmədiyini bildirib. O, atasının xırıltı səslərinə oyandığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.
Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çıxmasına dair məlumat yoxdur.
İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir.

Tehsil-press.az

Oxşar xəbərlər