Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı

Sumqayıtda dəhşət - Bir evdən 6 meyit çıxarıldı Sumqayıtda bir evdə 6 meyit tapılıb.
Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər.
Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən Tehsil-press.az-aməlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
***
Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev Tehsil-press.az-a açıqlamasında bildirib ki, həmin şəxslər bir ailənin üzvləri olub: “Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir”.
Məlumata görə, ailə üzvləri dəm qazından zəhərləniblər.
***
Hadisə şahidlərinin sözlərinə görə, ailə Füzuli rayonundan məcburi köçkün düşüb və bir neçə ildir həmin binada yaşayrmış.

Tehsil-press.az

Oxşar xəbərlər