Universitetimizin professoru Yaqub Babayev Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb

Universitetimizin professoru Yaqub Babayev Mədəniyyət Nazirliyinin  “Qızıl kəlmə” mükafatına layiq görülüb Yaqub Babayev 12 oktyabr 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuşdur. Rüstəm Əliyev kənd orta məktəbini bitirmişdir. 1976-1980-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Pedaqoji Universitetində) ali təhsil almış, həmin institutun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Ali məktəbi bitirdikdən sonra təyinatla İsmayıllı rayonuna göndərilmiş, həmin rayonun Qalacıq kənd orta məktəbində (1980-1981) və 1-№li Qələyə kənd qiyabi məktəbində (1983-1985) ixtisası üzrə müəllim işləmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir. V.İ. Lenin adına ADPİ-nin (indiki ADPU-nun) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının SSRİ xalqları ədəbiyyatı (Azərbaycan ədəbiyyatı) ixtisası üzrə əyani aspirantı olmuşdur (1985-1988). Professor Məmməd Məmmədovun elmi rəhbərliyi ilə “Azərbaycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda namizədlik dissertasiyası yazmış, həmin dissertasiyanı müdafiə edərək ( 14.IV.1989) filologiya elmlər namizədi elmi dərəcəsi almışdır.
Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağlıdır. O, həmin universitetin “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi (1990-1992) və baş elmi işçi (1992-1994) vəzifələrində çalışmış, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1994-1998) işləmişdir. Daha sonra həmin kafedrada dosent (1998-2003) vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən universitetdə yeni yaradılmış Folklor və qədim dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsini tutmuşdur (2003-2011). İki kafedra birləşdiyi üçün yenidən Azərbaycan ədəbiyyatı tarixı kafedrasında (2011-2015) calışmışdır. 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında işləyir. 2017-ci ildən həmin kafedrada professor vəzifəsini tutur.
Y.Babayev “Anadilli Azərbaycan şeirinin poetikası (XIII-XIV əsrlər)” möv-zusunda doktorluq dissertasiyası üzərində işləmiş və həmin dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır (2011).
Y.Babayev daha çox orta əsrlər klassik ədəbiyyatımızın tədqiqi ilə məşğuldur. Onun 1 dərsliyi, 2 dərs vəsaiti, 4 fənn proqramı, 2 monoqrafiyası, 4 toplama və tərtib kitabı, 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi işıq üzü görmüşdür. Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Ukrayna kimi öl-kələrdə onun klissik ədəbiyyatımızın müxtəlif problemlərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi dərc olunmuşdur. Uzun illərdir ki, Mədəniyyət TV-də efirə çıxan “Məclisi-üns” verlişində bir mütəxəssis kimi çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin(AYB) üzvüdür. Ədəbiyyatşünaslıq sahəsindəki səmərəli fəaliyyətinə görə 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür. Bu günlərdə Mədəniyyət Nazirliyinin nüfuzlu “Qızıl kəlmə” mükafatına layiq görülmüşdür.
Bu münasibətlə Yaqub müəllimi ürəkdən təbrik edir, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində və yaradıcılıqda yeni-yeni uğurlar arzulayırıq.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Universitetimizin professoru Yaqub Babayev Mədəniyyət Nazirliyinin  “Qızıl kəlmə” mükafatına layiq görülüb

Universitetimizin professoru Yaqub Babayev Mədəniyyət Nazirliyinin  “Qızıl kəlmə” mükafatına layiq görülüb

Oxşar xəbərlər