Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə - Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Qara Mustafa oğlu Namazov vəfat edib. Respublikanın əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazışılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, “Şöhrət” ordenli Qara Namazov 8 may 1930-cu ildə Qərbi Azərbaycanın Qazax qəzası Dilican rayonunun Əmirxeyir kəndində anadan olub, 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Daşkəsəmən kəndində orta məktəbi bitirib. 1949-1950-ci illərdə ADPU-da (keçmiş Lenin adına Pedaqoji İnstitut) təhsil alsa da, ordu sıralarına çağırılıb və (1951-1955) Abxaziyanın Suxumi şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Qara Namazov həmin illərdə şeirlə yaradıcılığa başlayıb.
Qara Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərib. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Şifahi Xalq Ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirib, 1968-ci ildə “Azərbaycan aşıq yaradıcılğı” (1920-1940-cı illər) mövzusunda namizədlik, 1987-ci ildə isə “ Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildə professor elmi adı alıb.
Qara Namazov Respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb, 1983-cü ildə ali məktəb tələbələri üçün “Azərbaycan uşaq ədəbiyyatı” dərsliyini çap etdirib. Professor Qara Namazov rəhbərliyi və opponentliyi ilə iki xarici vətəndaş olmaqla 25 nəfər dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alıb. Qara müəllim 100-ə yaxın kitabın redaktoru və rəyçisi olub, onların əksəriyyətinə ön söz yazıb. O, 2002-2006-cı illərdə filologiya fakültəsinin dekanı vzəifəsində çalışıb, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub. Q.Namazov 2002-2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti əsasən Azərbaycan şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığı, Müasir və Klassik Azərbaycan ədəbiyyatı sahələrinin əhatə edən professor Qara Namazov 10-dan çox monoqrafiya, 30-dan çox kitab, 400-dən çox elmi və publisistik məqalənin müəllifi olub. Həm elmi, həm də bədii yaradıcılığı ilə tanınan professor Qara Namazov 11 may 2016-cı ildə dünyasını dəyişib. Görkəmli alimin əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.

Mətbuat və informasiya şöbəsi